Mina qurbanları əsasən mülki şəxslərdir - Prezidentin köməkçisi
    • 4-11-2023, 15:41
    • 173

Mina qurbanları əsasən mülki şəxslərdir - Prezidentin köməkçisi

“Ermənistan tərəfinin Azərbaycanda yerləşdirdiyi minaların qurbanları əsasən mülki şəxslərdir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Demək olar ki, hər həftə ölümcül və qanlı mina partlayışlarının şahidi oluruq”, – o qeyd edib.