Müğənniyə HƏDƏ-QORXU: Ələ keçməsini istəmirsənsə 10000 dollar...
    • 4-11-2023, 16:31
    • 190

Müğənniyə HƏDƏ-QORXU: Ələ keçməsini istəmirsənsə 10000 dollar...

Müğənni Cenk Eren bir müddət əvvəl ABŞ-da qastrol səfərinə çıxıb. Nyu-Yorkda pasportunu itirən məşhur müğənni Eren çətin anlar yaşayıb.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

İki nəfər Erenin dostuna məxsus telefona zəng edərək “Pasportunuzun pis adamların əlinə keçməsini istəmirsinizsə, 10 min dollar verin” sözləri ilə şantaj ediblər.

Saatlar sonra dövlət nömrə nişanından sənətçinin dostunun telefon nömrəsinə zəng edən şəxslər pasportun qaytarılması üçün 10 min dollar tələb edərək məşhur müğənnini şantaj ediblər. Erenin üç dostu şantajçılarla danışmaq üçün görüşüb. Dava zamanı Erenin dostlarından biri Erenin pasportunu şantajçıların əlindən ala bilib.

Ülkər Abdurahmanlı