Sosial müavinətlər və Prezident təqaüdləri 100 faiz artırılır - FOTO
    • 1-04-2019, 11:19
    • 661

Sosial müavinətlər və Prezident təqaüdləri 100 faiz artırılır - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, bu gündən, yəni aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, eyni zamanda, ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri də təsis edilir. Həmin kateqoriyalar üzrə müavinət və təqaüdlərin bu aydan etibarən müəyyən olunan məbləği barədə cədvəli təqdim edirik.