İran MOSSAD casuslarını ələ keçirib
    • 5-11-2023, 16:10
    • 240

İran MOSSAD casuslarını ələ keçirib

İran ölkəyə pilotsuz təyyarələrlə hücumlar planlaşdıran Mossad agentlərini həbs edib.

News24.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Məlumata görə, İran Taliban  ilə birlikdə  İsrailin Mossad kəşfiyyat xidmətinin üç agentini saxlayıb. İnsident İran-Əfqanıstan sərhədində baş verib.

“İran İslam Respublikası Kəşfiyyat Nazirliyi və Taliban hərəkatı arasında keçirilən birgə əməliyyat zamanı iki ölkə arasında dağlıq ərazilərdə İran vətəndaşı olan üç Mossad agenti həbs edilib”.

Bildirilib ki, İsrail kəşfiyyatçıları İrandakı hədəfləri vurmaq üçün Əfqanıstan sərhədindən PUA-ları buraxmağa çalışıblar. Saxlanılan şəxslər sonrakı istintaq hərəkətləri üçün İran tərəfinə təhvil verilib.

 Ayşən