İran Rusiyaya yaxın və uzaq mənzilli raketlər verməyə hazırlaşır - MOSSAD
    • 11-09-2023, 19:23
    • 212

İran Rusiyaya yaxın və uzaq mənzilli raketlər verməyə hazırlaşır - MOSSAD

İran hökuməti Rusiyaya PUA-lardan əlavə yaxın və uzaq mənzilli raketlər verməyi planlaşdırır.

News24.az apa-ya istinadla xəbər verir ki, bunu İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin (“Mossad”) rəhbəri David Barnea deyib.

Onun sözlərinə görə, “Mossad” narahatdır ki, bunun qarşılığnda Rusiya İrana İsrail üçün təhlükə yarada biləcək müasir silahlar göndərə bilər.