İran İsraili ittiham edir
    • 31-08-2023, 17:21
    • 229

İran İsraili ittiham edir

İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətləri (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrailin xarici kəşfiyyat xidməti Mossad-ı İranın müdafiə sənayesi kompleksinin obyektlərində təxribat aktı hazırlamaqda ittiham edib.

News24.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi  bildirib.

Xəbər agentliyinin məlumatına görə, Mossad-ın idarə etdiyi plançılar qrupunun üzvləri raketlərin buraxılış anında partlamasına səbəb olacaq keyfiyyətsiz və ya qüsurlu hissələri və komponentləri tədarük etməklə raket buraxılışlarını pozmaq niyyətində olublar.

İran kəşfiyyatı təxribat törətməkdə şübhəli bilinən bütün şəxsləri həbs edib.

Qüsurlu hissələrin çatdırılması üçün bütün marşrutlar kəşfiyyat xidməti tərəfindən müəyyən edilərək zərərsizləşdirilib.

İran Müdafiə Nazirliyinin rəis müavini general Mehdi Fərahinin sözlərinə görə, təxribatın qarşısı alınmasaydı, sözügedən zavodlarda istehsal olunan bütün raketlər sıradan çıxacaqdı.

Kəşfiyyat xidməti hansı sənaye müəssisələrindən və onların yerləşdiyi yerdən bəhs etdiyini dəqiqləşdirməyib.

İsrail hakimiyyəti hələlik İran xüsusi xidmət orqanlarının bəyanatlarını şərh etməyib.

Aydan