Son dəqiqə: İsrail HƏMAS-ın ən mühüm qalasını ələ keçirdi
    • 5-11-2023, 20:44
    • 182

Son dəqiqə: İsrail HƏMAS-ın ən mühüm qalasını ələ keçirdi

İsrail Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində Fələstin HƏMAS hərəkatının ən mühüm qalalarından birinin ələ keçirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Aviçai Adrai “Sky News Arabia” telekanalına açıqlamasında bildirib.

“Biz HƏMAS-ın Beyt Hanun bölgəsindəki ən mühüm qalalarından birini ələ keçirdik ki, bu da bizə çoxlu kəşfiyyat məlumatları verdi”, - deyə Adraei bildirib.

Qeyd edək ki, bundan əvvəl İDF Fələstinin Həmas hərəkatının 20-dən çox yüksək rütbəli komandirinin məhv edildiyini bildirmişdi.

Ayşən