-
- 12-10-2023, 10:39
- 425
İsrail HƏMAS-ı darmadağın edir - VİDEO
İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 12-də səhər saatlarında Qəzza zolağında HƏMAS-ın hədəflərinə irimiqyaslı hücumlar həyata keçirib.
News24.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın tunel şəbəkəsini hədəf aldığını bildirib. İDF sözçüsü Conatan Konrikus X sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib ki, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra illər ərzində tikilən tunellərdən malların daşınması və İsrailə qarşı əməliyyatların planlaşdırılması üçün istifadə edib.
"Biz ilk növbədə HƏMAS-ın bütün hakimiyyətin eşelonlarında olan komandirlərinə, yüksək rütbəli liderlərinə zərbələr endiririk. Nə olursa olsun, əgər o, HƏMAS-a məxsusdursa, biz onu vuracağıq”,- deyə o qeyd edib.
Aynurə