Kamçatkada vulkan yenidən püskürdü
    • 6-11-2023, 08:30
    • 100

Kamçatkada vulkan yenidən püskürdü

Kamçatkadakı Klyuçev Sopkası vulkanının püskürməsi nəticəsində kül buludu 6 km hündürlüyə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

"Noyabrın 6-da səhər saatlarında Klyuçevskoye vulkanından 6 min metr hündürlüyə qədər kül tullantıları qeydə alınıb. Kül kütləsi şimal-şərq istiqamətində Ozernı buxtasına doğru yayılır”, - məlumatda deyilir.