Türk ordusundan öldürücü zərbə: Məhv edildi
    • 10-05-2024, 22:30
    • 165

Türk ordusundan öldürücü zərbə: Məhv edildi

Suriya və İraqın şimalında keçirilən əməliyyatlarda 17 PKK terrorçusu zərərsizləşdirilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk, Qara və “Pəncə-Kilid” əməliyyatı bölgələrində aşkarlanan 10 PKK terrorçusunu, Suriyanın şimalındakı “Zeytun Budağı və “Sülh Çeşməsi” bölgələrində isə 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - açıqlamada deyilir.