Zelenski prezident seçkilərinə hazırlaşır?
    • 6-11-2023, 11:19
    • 106

Zelenski prezident seçkilərinə hazırlaşır?

Volodimir Zelenski ofisinə 2024-cü ildə Ukraynada keçiriləcək prezident seçkilərinə hazırlığa başlamağı tapşırıb. 

News24.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

“Məndə olan məlumata görə, Volodimir Zelenski gələn il prezident seçkiləri keçirmək qərarına gəlib. O, öz ofisinə 2024-cü il martın 31-də keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşmağı tapşırıb”, - deputat “Espresso” telekanalının efirində bildirib.

Ukrayna rəhbərinin ofisinin nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

Bundan əvvəl Rusiya mətbuatı yazıb ki, Zelenski bilərəkdən müharibəni uzadır və səlahiyyətlərini uzatmaq üçün Rusiya ilə danışıqlardan imtina edir.

Akqabay