Zelenski Türkiyəyə yardım təklif etdi
    • 6-02-2023, 10:39
    • 187

Zelenski Türkiyəyə yardım təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

News24.az xəbərverir ki, bu barədə Zelenski öz tviter səhifəsində yazıb.

Volodimir Zelenski öz tviterində türk dilində bunları qeyd edib:

“Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”.


Aynurə FATEH