Kənd sakinlərinə 13 milyon manatdan artıq ziyan DƏYDİ - Məhkəmə işi
    • 6-11-2023, 11:32
    • 294

Kənd sakinlərinə 13 milyon manatdan artıq ziyan DƏYDİ - Məhkəmə işi

Xocalı rayonunun Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı soyqırımı zamanı kənd sakinlərinə 13 milyon manatdan artıq ziyan dəyib. 

News24.az-ın məlimatına görə, bu barədə Yasamal rayon məhkəməsində erməni əsilli Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində səsləndirilm ekspertiza rəyində bildirilib. 

İş üzrə təyin edilmiş kompleks məhkəmə-tikinti, texniki və əmtəəşünaslıq ekspertizasının 05 oktyabr 2007-ci il tarixli 4103/04 No-li və əlavə kompleks məhkəmə-tikinti, texniki və əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 9/6793-10/6703 No-li rəylərindən görünür ki, qanunsuz erməni silahlı birləşmələrinin və Ermənistan Respublikası Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 23 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində olmuş 340 nəfərdən ibarət 81 ailə təsərrüfatının hər birinin mülkiyyətində olan yaşayış evlərinə və əmlaklarına dəymiş maddi ziyanın ümumi məbləği hazırki bazar qiymətlərinə münasibətdə indeksləşdirmə nəzərə alınmaqla 13 568 060 manat, Xocalı rayonunun Meşəli kəndində olmuş dövlət müəssisələrinin əmlakına dəymiş maddi ziyanın ümumi məbləği isə 130 800 manat məbləğində müəyyən edilir.

Samir Əli