-
- 6-11-2023, 14:13
- 333
Nazirdən qaz limiti ilə bağlı AÇIQLAMA
Qaz limiti kifayət qədər mürəkkəb məsələdir, bizdə qazın qiyməti prinsipcə o qədər də yüksək deyil.
News24.az APA-ya istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında "2024-cü il üçün büdcə Zərfi"nin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu, kifayət qədər mürəkkəb məsələdir: “Ona görə də sosial həssas əhali üçün müəyyən limit qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur, limitdən yuxarı hissəsi isə daha bahadır. Bu məsələ sadə məsələ deyil, ona görə bunu açıq etiraf etməliyik”.