-
- 6-11-2023, 14:32
- 579
Bakıda skamyada çılpaq yatan şəxs həbs edildi
Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında- ictimai yerdə çılpaq yatan şəxs saxlanılıb.
News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bina sakini binanın qarşısındakı skamyada 1 nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. Onlar tanımadıqları şəxsin 2-3 gündür çılpaq halda skamyada yatdığını deyiblər.
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.
Şöbəyə aparılan saxlanılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olması müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.