-
- 6-11-2023, 17:47
- 207
Hərbi vəziyyət nəzarətdən çıxıb - BMT
BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanlığı münaqişə tərəfləri arasında zərbələrin mübadiləsi nəticəsində mülki əhalinin sayının artmasından narahatdır.
News24.az xəbər verir ki, bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti məlumat verib.
“Sərhəd bölgələrində hərbi vəziyyətin nəzarətdən çıxması üçün təhlükəli bir tendensiya var”, - o qeyd edib.
Tenenti noyabrın 5-də dörd nəfərlik livanlı ailənin İsrailin atəşi zamanı həlak olmasından təəssüfləndiyini bildirib. O xatırladıb ki, “mülki insanlara hücumlar beynəlxalq hüququn pozulmasıdır və müharibə cinayətlərinə bərabər ola bilər”.
“Əl Jadeed” telekanalının məlumatına görə, İsrail əsgərləri noyabrın 5-i axşam Livanın cənubunda Aitrun-Ainata magistralını atəşə tutub, mərmilərdən biri mülki vətəndaşların olduğu avtomobilə dəyib, nəticədə üçü uşaq olmaqla bir ailənin dörd üzvü həlak olub.
Livan Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, noyabrın 2-də ölkənin cənubunda 5 dinc sakin həlak olub, 3-ü yaralanıb.
Akqabay