-
- Bu gün, 13:57
- 88
Trampa şad xəbər: ABŞ hakimi işi dayandırır
ABŞ hakimi Donald Trampa qarşı cinayət işini Ədliyyə Nazirliyinin vəzifədə olan prezidentin mühakimə olunmasına qarşı siyasətini əsas gətirərək rədd edib.
News24.az xəbər verir ki, Tramp 2020-ci il seçkilərindəki məğlubiyyətini devirməyə cəhddə ittiham edilib.
2021-ci il yanvarın 6-da Trampın tərəfdarları ABŞ Kapitoluna basqın ediblər.
Prokurorlar bu ittihamın ləğvi və seçilmiş prezidentə qarşı ikinci işin açılması üçün vəsatətlər qaldırılıb.
Qərar, Trampı 2020-ci il seçkilərində uduzduqdan sonra hakimiyyəti əldə saxlamaq cəhdlərinə görə cinayət məsuliyyətinə cəlb etmək üçün federal cəhdlərin sona çatdığını göstərir.
Onu da qeyd edək ki, işin dayandırılması noyabrın 5-də keçirilən seçkilərdə ABŞ prezidenti seçilən və yanvarın 20-də vəzifəsinin icrasına başlayacağı gözlənilən respublikaçı Donald Trampın böyük hüquqi qələbəsi deməkdir.
Günel Məlikzadə