Doğuş o iddiaya hüquqi cavab verəcək!
    • 6-11-2023, 23:41
    • 183

Doğuş o iddiaya hüquqi cavab verəcək!

Aparıcı Xoşqədəm Hidayətqızı "Didem Arslan Yılmazla asla vazgeçme" verilişində həyat yoldaşı, müğənni Doğuş haqda yayımlanan başqa qadınla dini nikah etdirməsi xəbərinə münasibət bildirib. 

News24.az OLAY-a istinadla xəbər verir ki, X.Hidayətqızı həyat yoldaşının məsələ ilə bağlı hüquqi proses başlatdığını qeyd edib. 

Açıqlamada verilişdə deyilənlərin əsassısz olduğu vurğulanıb. Həmçinin bu mövzu ilə bağlı yayımların dərhal dayandırılması tələb edilib.