Doğuşdan Xoşqədəmə Suriya yasağı - FOTO
    • 12-01-2019, 14:05
    • 1 064

Doğuşdan Xoşqədəmə Suriya yasağı - FOTO

45 yaşı tamam olan Xoşqədəm Hidayətqızı həyat yoldaşı müğənni Doğuş və əkiz övladları ilə birgə "5/5"də qonaq olub.

Zaur Kamal xanım həmkarının "Səni axtarıram"ın çəkilişləri üçün Suriyadakı kadrlarını izləyərkən dəhşətə gəldiyini bildirib. O, Xoşqədəmi "müharibə ocağında" kamera önündə qorxmazlığından heyrətləndiyini sözlərinə əlavə edib.

X.Hidayətqızı həmkarının dediyi o anları canlı yayımda olduğu kimi danışıb:
"Sözün açığı, biz o kadrların kameraya düşdüyünü bilmirdik. Çünki maşın yol gedərkən düşürdü çala-çuxura. O vaxt mənim şəxsi operatorum var idi. O, kameranı qoydu dizinin üstünə, dedi "Çəkmək olmur". Elə bilib ki, kameranı söndürüb. Amma çəkirmiş, düzdür, tam çəkilməyib. Üzümü həmin an görmək istəyərdim. O görüntülərdən sonra mən şok oldum. İndi getmək istəyirəm, amma Doğuş qoymur". 

Doğuş həyat yoldaşının artıq Suriyaya getməyinin mümkünsüz bir məsələ olduğunu efirdən bəyan edib:
"Getməyini xəyal etsin, amma getməyəcək. Artıq iki övladı var".

//MilliAz