-
- 7-11-2023, 10:16
- 199
Blinken-Fidan görüşünün detalları: Qəzza sakinlərinin tam təxliyəsi...
ABŞ dövlət katibi Entoni Blinken Ankarada danışıqlar zamanı bildirib ki, Qəzza zolağının əhalisinin tam təxliyyəsi planları yoxdur və hərbi əməliyyatlarda hansısa fasilədən söhbət gedə bilər.
News24.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.
Qəzetin yazdığına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 6-da Blinkenlə danışıqlar zamanı Türkiyə hakimiyyətinin İsrail ilə Qəzza arasında tezliklə atəşkəs gözlədiyini deyib və ABŞ-nin tutduğu mövqeyə görə diqqət çəkib.
Blinken və onu müşayiət edən rəsmilər də Ankarada bildiriblər ki, Birləşmiş Ştatlar yeni mülki itkilərin qarşısını almaq üçün səyləri gücləndirmək və fələstinlilərə humanitar yardımın həcminin artırılmasına kömək etmək niyyətindədir.
Amerikalı siyasətçilər də türk həmkarlarını əmin ediblər ki, Qəzza sakinlərinin tam təxliyəsi planları yoxdur.
Akqabay