Tehranda da partlayışlar baş verdi
Dünya
Tehran yaxınlığında partlayış səsləri İran ordusu tərəfindən aparılan hava hücumundan müdafiə sisteminin sınaqları ilə əlaqədardır.
News24.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasının verdiyi məlumatda deyilir.
"Tehranın qərbində eşidilən partlayış və silah səsləri ordunun hava hücumundan müdafiə sistemi sınaqları ilə əlaqəlidir", - deyə bildirilib.
Qeyd edib ki, ərazidə heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, bundan öncə Bəndər-Abbasda ardıcıl partlayışların baş verdiyi bildirilirdi. (axar.az)