-
- 7-11-2023, 11:21
- 179
İsrailin reaksiyası gecikmədi: "Ayıb olsun sənə, Quterreş"
İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşi Qəzza zolağının uşaq qəbiristanlığı ilə müqayisə etməsinə görə qınayıb.
News24.az xəbər verir ki, Koen bu barədə Twitter (X) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ayıb olsun sənə, Antonio Quterreş! 30-dan çox azyaşlı, o cümlədən doqquz aylıq körpələr və uşaqlar Qəzza zolağında onların iradəsinə zidd olaraq saxlanılır” , - Koen yazıb.
Qeyd edək ki, BMT-nin baş katibi daha əvvəl bildirmişdi ki, Qəzzanın bombalanması və İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatları nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslər ölür. O, mərmilərin xəstəxanalar, qaçqın düşərgələri, məscidlər, kilsələr və BMT obyektləri də daxil olmaqla humanitar obyektlərə də düşdüyünü vurğulayıb. Qəzza Səhiyyə Nazirliyinin statistikasına görə, bombardmanlar nəticəsində 10 minə yaxın fələstinli həlak olub.
Ayşən