-
- 21-10-2023, 21:31
- 334
Qəzzada dərhal atəşkəs olmalıdır - BMT-DƏN ÇAĞIRIŞ
BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qahirə Sülh Sammitində çıxışı zamanı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb.
News24.az xəbər verir ki, o qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ilə bağlı həllə nail olmaq üçün hər cür səy göstərilməli olduğunu vurğulayıb.
“Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır”, - A.Quterreş bildirib. O, mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıb. BMT-nin Baş katibi vurğulayıb ki, Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin həlli və Qəzza zolağında gərginliyin azaldılması yollarının müzakirəsinə həsr olunmuş Qahirə Sülh Sammiti Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə Yeni Qahirədə işinə başlayıb. Konfransda 34 ölkənin və 3 beynəlxalq təşkilatın - BMT, Ərəb Dövlətləri Liqası və Afrika İttifaqının nümayəndələri iştirak edir.