Nobel mükafatçısı aclıq aksiyasına başladı
    • 7-11-2023, 12:28
    • 198

Nobel mükafatçısı aclıq aksiyasına başladı

Nobel Sülh Mükafatı laureatı Nargis Məhəmmədi özü və digər məhbuslara İran həbsxanasında tibbi yardım göstərilməsinə icazə verilmədikdən sonra aclıq aksiyasına başlayıb. 

News24.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb .

Bir neçə gün əvvəl Məhəmmədi ailəsi onun üç damarının tıxanmasından və ağciyərlərində təzyiqdən əziyyət çəkdiyini bildirib. 

Onlar bildiriblər ki, həbsxana rəsmiləri N.Məhəmmədi hicab taxmaqdan imtina etdiyi üçün onu xəstəxanaya aparmaqdan imtina ediblər. 

“Bu gün Nargis iki şeyə etiraz etmək üçün aclıq aksiyası keçirdi: İslam Respublikasının xəstə məhbuslara tibbi yardımı gecikdirmə siyasətinə və iranlı qadınlar üçün məcburi hicab siyasətinə görə”.

Fəallar həmçinin qadının başına gələn bütün bəlalarda İran hökumətini günahlandıraraq , onun dərman qəbul etməkdən imtina edərək yalnız su, şəkər və duz istehlak etdiyini təsdiqləyiblər. İran rəsmiləri də öz növbəsində Məhəmmədinin aclıq aksiyasını tanımayıb.

 Ayşən