Yerevanda qocalar evində etiraz aksiyası:
    • 22-03-2021, 12:59
    • 422

Yerevanda qocalar evində etiraz aksiyası: "Biz toyuq deyilik"

Ermənistanda qocalar evinin onlarla sakini etiraz aksiyası keçirir.

News24.az
"Sputnik Armeniya"ya istinadən xəbər verir ki, aksiya Yerevan 1 saylı qocalar evində keçirilir. Yaşlılar bir araya toplanaraq 1 nömrəli Qocalar Evi ilə Norkda yerləşən digər qocalar evinin birləşməsinə etiraz edirlər. Səhhətindəki problemlərə görə ayağa qalxa bilməyənlər aclıq aksiyasına başlayıblar və dərman qəbul etməkdən imtina ediblər.

Onlar birləşməyin əleyhinə olduqlarını bildiriblər:"İndi iki nəfər bir otaqda yaşayırıq. Bundan sonra dörd nəfər yaşamalı olacağıq. Biz axı toyuq deyilik".