-
- 7-11-2023, 16:45
- 197
İran təlaşda: ABŞ nüvə gəmisini bölgəyə göndərdi
Amerikanın “Ohayo” sinfinə aid nüvə sualtı gəmisi “USS Florida” Fars körfəzinin sularına daxil olub. Vaşinqton bu gəmi ilə Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün güc nümayiş etdirməyə və Tehranı çəkindirməyə ümid edir.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.
Agentlik yazır ki, “Florida” sualtı gəmisi nüvə olsa da, nüvə silahı daşımır. O 154-ə qədər “Tomahawk” qanadlı raketləri ilə silahlana bilər və ABŞ Hərbi Dəniz Qüvvələrinin 66-ya qədər xüsusi təyinatlısını qəbul edə bilər.
Noyabrın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-nin Yaxın Şərqə ABŞ ordusunun təhlükəsizliyini təmin etmək üçün zəruri olan “Ohayo” sinifli sualtı qayıq göndərdiyini açıqlayıb. ABŞ-nin hansı sualtı qayığının Yaxın Şərqə göndərildiyi və dəqiq olaraq harada yerləşdiyi barədə məlumat verilməyib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial şəbəkəsinin səhifəsində yazılıb: “5 noyabr 2023-cü ildə Ohayo sinifli sualtı gəmi ABŞ Mərkəzi Komandanlığının Məsuliyyət Bölgəsinə gəldi”. Oktyabrın 31-də Pentaqonun sözçüsü general Patrik Rayder ABŞ-ın CENTCOM bölgəsinə 300 əsgər göndərəcəyini açıqlayıb. Rayder qüvvələrin dəqiq yerlərini açıqlamayıb, lakin onların İsrailə göndərilməyəcəyini vurğulayıb.
Akqabay