Tramp məxfi məlumatları paylaşdı - Ölkədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ
    • 6-10-2023, 16:32
    • 284

Tramp məxfi məlumatları paylaşdı - Ölkədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ

ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəzifədən getdikdən sonra avstraliyalı milyarderlə görüşdüyü və ölkəsinin nüvə sualtı qayıqları ilə bağlı məxfi məlumatları paylaşdığı iddia edilib. 

News24.az "Sondakika.com"-a istinadən xəbər verir ki, iddialara görə, Tramp avstraliyalı iş adamına Amerika nüvə sualtı qayıqlarının müntəzəm olaraq daşımalı olduğu nüvə başlıqlarının dəqiq sayını və onların Rusiya sualtı qayığına aşkar edilmədən nə qədər yaxınlaşa biləcəyi barədə məlumat verib. 

Tramp Mar-a-Laqo klubunun üzvü Entoni və FTB agentləri tərəfindən dindirilib.

O iddia edib ki, görüşdən sonra ABŞ-ın keçmiş prezidenti elektron məktublarında və söhbətlərində paylaşdığı məxfi məlumatları 6 jurnalist, 11 şirkət əməkdaşı, 10 Avstraliya rəsmisi və 3 Avstraliyanın keçmiş baş naziri də daxil olmaqla ən azı 45 nəfərlə paylaşıb.

 Məlumatın doğruluğu aydın olmasa da, iddialar keçmiş baş prokuror Cek Smitin komandası tərəfindən araşdırılıb, o, “məxfi sənədləri” və “Konqresdə 6 yanvar reydi”ni araşdırmaq üçün xüsusi ekspert təyin edib. 

Qeyd edək ki, Co Bayden bu hadisədən sonra ölkəyə satılan sualtı qayıqların heç birinin nüvə silahı ilə təchiz olunmayacağını açıqlayıb.

Ülkər ABDURAHMANLI