Serdar Ortaç əmlakını bu şəxslərə BAĞIŞLADI
    • 7-11-2023, 16:52
    • 339

Serdar Ortaç əmlakını bu şəxslərə BAĞIŞLADI

Son zamanlar verdiyi açıqlamaları və depresiyada olması ilə diqqət çəkən məşhur müğənni Serdar Ortaç jurnalistlərə açıqlama verib.

News24.az xəbər verir ki, məşhur müğənni açıqlaması zamanı əmlakını kimə bağışlayacağı da açıqlayıb.

"Nə ailəm var, nə də övladım. Bütün əmlakımı işçilərimə verəcəyəm. Paylaşacaqlar",-deyə müğənni qeyd edib. 

Qeyd edək ki, qumar borcları ilə gündəmə gələn Serdar Ortaçın qalan son əmlakını da satacağı iddia edilib.