Serdar Ortaç bayrağımıza mahnı yazdı- KONSERTDƏN FOTOLAR
    • 1-04-2023, 21:40
    • 418

Serdar Ortaç bayrağımıza mahnı yazdı- KONSERTDƏN FOTOLAR

Bakıda konsert verən məşhur türk müğənni Serdar Ortaç xeyirxah addımı ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, konsertdən əldə edilən bütün gəliri Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün bağışlayacağını açıqlayıb. 

"Konsert üçün aldığınız bütün biletlərin gəliri Türkiyədə zəlzələdən zərərçəkənlərə bağışlanacaq. Bunun üçün hamınıza təşəkkür edirəm”. deyə, müğənni bildirib.

Serdar Ortaç konsertdə Azərbaycan üçün yazdığı mahnını səsləndirib. O, mahnını bayrağımızın rənglərinə həsr etdiyini bildirib.

Qumral ƏLİYEVA
FOTO: Nicat NİFTƏLİYEV