İsrail prezidentindən Ancelina Coliyə SƏRT REAKSİYA
    • 7-11-2023, 12:32
    • 114

İsrail prezidentindən Ancelina Coliyə SƏRT REAKSİYA

İsrail prezidenti İsaak Hersoq İsrail-Fələstin münaqişəsində İsraili günahlandıran Ancelina Coliyə reaksiya verib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

İsrailin Qəzzaya hücumlarına reaksiya verən Ancelina Coli İsrail prezidenti İsaak Hersoqun hədəfindədir. 

"Məncə, o, Qəzzaya heç getməyib, faktları yerində görməyib”- deyə, Hersoq qeyd edib.

Oktyabrın 7-də səhər saatlarında “Əqsa tufanı” adı altında həyata keçirilən hücumlara görə dünyada hər kəs kimi özünün də çox qəzəbli olduğunu bildirən Ancelina Colie, İsraildə baş verənlərin bir cinayət olduğunu diqqətə çatıdırb.

İsaak Herzoq Britaniya televiziyası Piers Morqanın qonağı olub və Hollivud ulduzunu tənqid edib. Colinin Qəzzaya hücumla bağlı tənqidlərinə tamamilə qarşı olduğunu deyən Hersoq, məşhur aktrisanın heç vaxt Fələstinə və İsrailə getmədiyini bildirib.

Ülkər Abdurahmanlı