Sami Yusuf Azərbaycana dəstək verib
    • 29-09-2020, 10:02
    • 1 459

Sami Yusuf Azərbaycana dəstək verib

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.

News24.az xəbər verir ki, sənətçi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“Düşüncələrim və dualarım Azərbaycanladır”, - deyə S.Yusuf paylaşımda qeyd edib.

O, bu paylaşımına "Qarabağ Azərbaycandır” həştəqini  əlavə edib.