“Bayer” Bakıda açıq məşq və mətbuat konfransı KEÇİRMƏYƏCƏK
    • 7-11-2023, 16:58
    • 180

“Bayer” Bakıda açıq məşq və mətbuat konfransı KEÇİRMƏYƏCƏK

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

News24.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadənin mətbuat konfransı noyabrın 8-i saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:00-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komanda "Bayer”-in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” qarşılaşması 9 noyabr saat 21:45-də baş tutacaq.

Xatırladaq ki, "Qarabağ" klubu  "9 Noyabr - Bayraq günü" münasibətləri çağırış edib.