-
- 19-08-2022, 15:00
- 415
"Qarabağ"ın səfər proqramı açıqlandı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” FK-nın səfər proqramı açıqlanıb.
News24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda avqustun 22-i Çex Respublikasına yollanacaq.
Təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından Praqa şəhərinə yola düşəcək.
Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-ü Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
İlk matç 0:0 hesabı ilə yekunlaşıb.