"Qarabağ" Çexiyaya getdi
    • 22-08-2022, 11:46
    • 323

"Qarabağ" Çexiyaya getdi

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə cavab oyunu üçün Çexiyaya gedib.

News24.az "qol.az"-a istinadən xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Bu gün Bakı vaxtı ilə 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 22:00-da matçın keçiriləcəyi Plzen şəhər stadionunda "Qarabağ"ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, avqustun 23-ü keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.