Günay Əfəndiyeva İstanbulda bir sıra görüşlər keçirib - FOTO
    • 1-04-2019, 16:08
    • 1 397

Günay Əfəndiyeva İstanbulda bir sıra görüşlər keçirib - FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti İstanbulda bir sıra görüşlər keçirib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Respublikasına səfəri çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsinin sədri Rıdvan Duran və İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır ilə görüşlər keçirib.

News24.az xəbər verir ki, görüş zamanı, G.Əfəndiyeva türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb, eləcə də gələcək planlar barədə bəhs edib.

O, türk dünyası mədəni irsinin tanıdılması məqsədi ilə müxtəlif tədbirlərin keçirilməsinin, o cümlədən Fond ilə İstanbul Şəhər Teatrlarının ortaq layihəsi olan böyük dramaturq H.Cavidin “İblis” əsərinin Türkiyədə, mədəniyyətin beşiyi İstanbulda teatr sevərlərə təqdim olunmasının önəmindən danışıb. G.Əfəndiyeva, H.Cavidin sadəcə yaradıcılığında deyil, bütün həyatı boyunca türkçülüyü təbliğ etdiyi vurğulayıb. Fondun rəhbəri, təşkilat ilə Bələdiyyə arasındakı qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. 

R.Duran, öz növbəsində, türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi yönündə qısa zamanda Fond tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirdiyini bildirib. O, sahib olduğumuz zəngin mədəni xəzinənin təbliği istiqamətində əlaqələrin daha da gücləndirilməsinin önəmindən danışıb. R.Duran, eyni zamanda türk dünyasının tanınmış dramaturqu H.Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsinin Fond ilə Bələdiyyə arasında mövcud əməkdaşlığın gözəl nümunəsi olduğunu deyib.

N.S.Çakır görüşdə Fondun türk dünyasının ədəbi və bədii mirasına ayırdığı diqqəti və bu istiqamətdə gördüyü işləri rəğbətlə qarşıladığını qeyd edib. “İblis” pyesinin H.Cavid dramaturgiyasının şah əsəri olduğunu vurğulanaraq, bu əsərin İstanbulda nümayişi üçün artıq son məşqlərin aparıldığını qeyd edilib. Tamaşanın yaxın zamanlarda Muhsin Ertuğrul Səhnəsində izləyicilərə təqdim olunması barəsində məlumat verilib. 

G.Əfəndiyeva, tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova ilə birlikdə “İblis” tamaşasının məşq prosesini izləyərək, yaradıcı heyət ilə görüşüb. Qeyd edək ki, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. Bəstəkarı Azərbaycanın xalq artisti Aygün Səmədzadə olan tamaşada Türkiyənin məşhur və istedadlı aktyorları iştirak edir.