Ata övladlarını işləmədiyi üçün güllələdi
    • 7-11-2023, 22:56
    • 551

Ata övladlarını işləmədiyi üçün güllələdi

Sverdlovsk vilayətində ata oğullarını güllələyib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, Sverdlovsk vilayətində ata oğullarına atəş açıb. Səbəb isə övladlarının işləməməsi olub. Nəticədə kişilərdən biri ölüb, ikincisi xəstəxanaya yerləşdirilib.

Ata və övladları arasında münaqişə Turinskaya Sloboda kəndində baş verib. 73 yaşlı təqaüdçü oğulları ilə dalaşıb – himayədarı iki nəfərin boynunda oturub özləri pul qazanmamasından bezdiyini deyib. Qəzəblənən yaşlı kişi silahı götürərək kiçik, 46 yaşlı oğlunun qarnından, 51 yaşlı böyük oğlunun isə qolundan iki dəfə atəş açıb.

Nəticədə kiçik oğlu yerindəcə keçinib, daha böyüyü isə xəstəxanaya yerləşdirilib. Ata cinayət yerindən qaçmağa çalışsa da, o, saxlanılıb. O, polisə sadəcə olaraq tənbəl oğullarını ağıllandırmaq istədiyini və onları öldürmək niyyətində olmadığını bildirib.