Sabirabadda qəza - 3 nəfər yaralandı

Sabirabadda qəza - 3 nəfər yaralandı Hadisə

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

News24.az xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "Vita" markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1998 təvəllüdlü İlkanə Qəhrəman qızı Qəhrəmanova, Mehdi Nurəddin oğlu Qəhrəmanov (2022) və şəxsiyyəti hələ dəqiqləşdirilməyən daha bir nəfər xəsarət alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.