Azərbaycanda güclü zəlzələ olacaq? - Qurban Yetirmişlidən AÇIQLAMA
    • 8-11-2023, 00:44
    • 753

Azərbaycanda güclü zəlzələ olacaq? - Qurban Yetirmişlidən AÇIQLAMA

 Məşhur yapon alim Djoshinori Morivaki yeni açıqlamaları ilə gündəmə gəlib.

Alim bildirib ki, Türkiyənin İzmir şəhərində 6,5 bal gücündə zəlzələ gözlənilir. Bu da, güclü zəlzələlər kateqoriyasına daxildir.

Bəs görəsən, Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı varmı? 

News24.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

O, əvvəlcə, yapon alimin İzmir proqnozu ilə bağlı bu fikirləri səsləndirib: “İzmirin əhalisi 5 milyondan çoxdur. 5 milyon əhali gedib harada gözləsin?”

Direktor sözlərinə belə davam edib: 

“Respublika ərazisində seysmiklik fon səviyyəsindədir. Azərbaycan seysmogen bölgədə yerləşir. Ancaq yaxın günlərdə dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəif təkanlar var. 4, 5 bal gücündə zəlzələlər hiss oluna bilər, ancaq bunlar qorxulu deyil”.