Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilirmi? - AÇIQLAMA
    • 5-10-2022, 10:57
    • 686

Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilirmi? - AÇIQLAMA

Bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.

News24.az bildirir ki, hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur", - deyə Q.Yetirmişli bildirib.