-
- 8-11-2023, 10:56
- 379
Qlobal böhran yaxınlaşır: insanlara xəbərdarlıq edildi
"Dünya iqtisadiyyatında vəziyyət tədricən yeni qlobal böhrana doğru irəliləyir".
News24.az xəbər verir ki, bu barədə iqtisadçı Mixail Xazin xəbərdarlıq edib.
Onun fikrincə, qlobal iqtisadiyyatın çökməsinə səbəb Amerika bazarlarının çöküşü ola bilər.
“Bu, əslində ABŞ-nin maliyyə sistemində mövcud vəziyyətin inkişafı üçün qaçılmaz ssenaridir. Hər şey ondan başlayacaq ki, Amerika hökuməti nəhəng borc hesabına formalaşan büdcədə böyük boşluq səbəbindən dövlət sektorunda çalışan işçilərin maaşlarını ödəmək və bütün dövlət təşkilatlarını maliyyələşdirmək imkanını itirəcək.
Bu hadisə istər-istəməz bazarların çökməsinə gətirib çıxaracaq və bütün digər fəaliyyət sahələrində domino effekti yaradacaq. Eyni zamanda qarşıdan gələn fəlakəti ləğv etmək artıq mümkün deyil.
Qaçılmaz böhrandan əvvəl edə biləcəyiniz yeganə şey əvvəlcədən qızıl almaqla buna hazırlaşmaqdır. Bu qiymətli metal dolların çökməsindən sonra vahid dəyər ölçüsü rolunu oynayacaq”.
Ayşən