Ekspert iqtisadi fəlakətin tarixini açladı: Yaxın aylarda
    • 21-07-2023, 16:20
    • 389

Ekspert iqtisadi fəlakətin tarixini açladı: Yaxın aylarda

Maliyyə bazarlarının qlobal çöküşü bu il başlaya bilər.

News24.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Mixail Xazin deyib. 

 O bildirib ki, yaxın aylarda hər şey yenidən çökə bilər.

“Bunu ilin əvvəlindən iqtisadi göstəricilərin kəskin pisləşməsi göstərir. 

İlk növbədə, dünya kapitalizminin lokomotivi, ən böyük fond bazarına malik ölkə olan ABŞ-da problemlər başlasa, avtomatik olaraq dünyanın bütün dövlətlərinə təsir edəcək. Bazarların çökmə vaxtı Co Baydenin hakimiyyətini sürətləndirir. ABŞ-da Donald Tramp hakimiyyətdə olsaydı belə, çöküş olardı, amma o zaman hər şey daha rəvan və yavaş çökəcəkdi. Demokratların Ağ Evdə görünməsindən sonra proses artıq sürətlə getdi.

Artıq gözlənilən çöküşü dayandırmaq mümkün deyil. Yalnız ötən əsrin 20-ci illərindəki Böyük Depressiya ilə müqayisə oluna biləcək yeni böhran nəticəsində ABŞ ÜDM-i cəmi bir neçə il ərzində 30% azalmalıdır ki, bu da əslində iqtisadi fəlakət deməkdir”,- deyə Xazin yekunlaşdırıb. 

Arzu