-
- 3-05-2023, 11:52
- 428
Məşhur iqtisadçıdan qorxulu proqnoz: əsrin ən böyük fəlakəti olacaq...
Amerika iqtisadiyyatı 1930-cu illərin “Böyük Depressiya”sı miqyasında böhranla üzləşə bilər.
News24.az xəbər verir ki, bu proqnozla tanınmış rusiyalı iqtisadçı ekspert Mixail Xazin çıxış edib.
Onun fikrincə, ABŞ-ın hazırkı iqtisadiyyatının ən zəif nöqtəsi bir çox kommersiya şirkətlərinin uzun müddətdir ki, real bizneslərinin heç bir fundamental aspekti ilə əlaqəli olmayan hədsiz dərəcədə “şişirilmiş” dəyərlərə malik olduğu birjadır.
Ekspertin fikrincə, hərraca çıxarılan korporasiya və firmaların əksəriyyəti “maliyyə köpüyü”dür: “Lakin burada əsas təhlükə ondan ibarətdir ki, müxtəlif sosial fondlar uzun müddətdir ki, aktiv şəkildə öz vəsaitlərini onlara yatırırlar. Bunlara, xüsusən də ABŞ-ın pensiya fondları daxildir. Bu o deməkdir ki, əgər bazar ciddi korreksiyaya başlasa və bu, qaçılmaz olaraq baş versə, bazasında “şişirilmiş” aktivlərin olduğu bütün çoxillik borc piramidası çökəcək”.
Xazin qeyd edib ki. ABŞ iqtisadiyyatının çöküşü şaxəli olacaq.
“Bu, fond bazarından başlayacaq, sonra Amerika iqtisadiyyatının bütün digər sahələri ilə davam edəcək. Nəticədə vəziyyət “Böyük Depressiya”nın təkrarlanması ilə nəticələnə bilər. Bu da Birləşmiş Ştatlar üçün əsrin fəlakəti və ya əsrin böhranı demək olacaq”, - ekspert izah edib.
Turan