Bu ölkədə güclü zəlzələ OLDU
    • 8-11-2023, 13:32
    • 189

Bu ölkədə güclü zəlzələ OLDU

İndoneziyanın Banda dənizi sahillərində ardıcıl olaraq 6,7 və 7,1 bal gücündə zəlzələlər baş verib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

ABŞ Geoloji Xidməti (USGS) 6,7 və 7,1 bal gücündə zəlzələlərin episentrinin İndoneziyanın Maluku əyalətindən təxminən 340 kilometr cənubda olduğunu açıqlayıb.

Banda dənizində 10 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Ülkər Abdurahmanlı