Bakıda zavodun ərazisində yanğın OLDU - VİDEO
    • 8-11-2023, 15:17
    • 125

Bakıda zavodun ərazisində yanğın OLDU - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonundakı zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən bildiriblər ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.