Xəqani Həsənov saxlanıldı
    • 9-11-2023, 11:00
    • 167

Xəqani Həsənov saxlanıldı

Paytaxtda quldurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.