Restoranda quldurluq edən şəxs tutuldu
    • 18-07-2023, 10:38
    • 136

Restoranda quldurluq edən şəxs tutuldu

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, iyulun 12-də Xətai rayonu ərazisindəki restoranların birində Bakı şəhər sakini U.Musayevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 1988-ci il təvəllüdlü Rəvan Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.