Makron həyəcan təbili çalır:
    • 9-11-2023, 15:40
    • 175

Makron həyəcan təbili çalır: "Təcili fasilə lazımdır"

“Qəzzada təcili humanitar fasilə lazımdır”.

News24.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Qəzzadakı vəziyyətlə bağlı humanitar konfransın açılışında deyib.

O bildirib ki, anklavda ən qısa zamanda humanitar pauza elan edilməlidir. 

“Atəşkəs istiqamətində işləmək lazımdır. Mülki vətəndaşlar qorunmalıdır. Bu lazımdır və müzakirə olunmur”, - Makron bildirib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, israilli girovlar azad edilmədən atəşkəsdən söhbət gedə bilməz.

Ayşən