Bayden və Netanyahu Qəzzadakı vəziyyəti müzakirə ediblər
    • 29-10-2023, 23:44
    • 257

Bayden və Netanyahu Qəzzadakı vəziyyəti müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadakı vəziyyəti müzakirə ediblər. 

News24.az "Lenta ru"ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. 

Siyasətçilər mülki şəxslərin müdafiəsinin prioritet olduğunu vurğulayıblar. 

Bayden və Netanyahu həmçinin Fələstinin Həmas hərəkatının saxladığı girovların azad edilməsi səylərini müzakirə ediblər . 

Amerika lideri bildirib ki, Qəzzada mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım axınında əhəmiyyətli artım var. 

Leyla SƏMƏNDƏR