Gənclər və İdman Naziri istefa ərizəsi YAZDI
    • 9-11-2023, 20:31
    • 325

Gənclər və İdman Naziri istefa ərizəsi YAZDI

Ukraynanın gənclər və idman naziri Vadim Qutzait istefa ərizəsi yazıb və onu Ukrayna Ali Radasına göndərib.

News24.az xəbər verir ki, bu barədə Ali Radanın Telegram kanalı məlumat yayıb.

Sənəddə deyilir ki, Ukrayna Qanununun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq, sizdən Ukraynanın Gənclər və İdman naziri vəzifəsindən istefamı qəbul etməyinizi xahiş edirəm .

Ruslan Stefançuk müraciətə yaxın vaxtlarda baxılacağını vurğulayıb.

Xatırladaq ki, Vadim Qutzait 4 mart 2020-ci ildən nazir vəzifəsini icra edir. Qutzeit dövründə Ukraynanın Olimpiya komandası tarixində ən aşağı nəticə göstəribş Belə ki, Tokio-2020 Yay Oyunlarında bir qızıl medal və Pekin-2022 Qış Oyunlarında bir gümüş medal qazanılıb.

Aynurə