-
- 2-04-2019, 12:35
- 4 981
2 Aprel şəhidi Murad Mirzəyevin xanımı: “Ona çox böyük ehtiyacım var..." - MÜSAHİBƏ - FOTOLAR
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev 2016-ci ilin aprel döyüşləri zamanı, məhz bu günü, aprelin 2-də şəhid olub. Aprelin 10-da onun nəşi Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub. Prezident İlham Əliyevin 2016-cı il 19 aprel tarixində verdiyi Sərəncama əsasən, Murad Mirzəyev ölümündən sonra ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin xanımı Fizzə Mirzəyeva News24.az-a müsahibəsini təqdim edirik.
- Üç il ərzində Murad Mirzəyevsiz həyatınızda nələr dəyişib?
- Bu üç ildə heç bir şey dəyişməyib. Dəyişən yalnız Muradın olmaması və uşaqlar üçün atanın yoxluğudur. Həyat davam etsə də, yalnız Murad yoxdur. Çox çətindir. Bəlkə də kənardan müəyyən dərəcədə deyilir ki, insan səbrlidir, müəyyən dərəcədə vaxt keçir, hər şey düzəlir, o acı azda unudulur. Amma biz hər gün o günləri dəfələrlə yaşayırıq. Övladlarımın gözündə onu görürəm. Onu unutmaq qeyri-mümkündür.
-Tək həyatda mübarizə aparmaq, iki övlad böyütmək çox çətindir...
- Muradın olmaması mənim üçün çox çətindir. Övladlarım çox təmkinlidir. Ən çox da oğlum. Hər zaman oğlumun olduğunu düşünürdüm. Amma heç bir zaman onun tərbiyəsi çətin gəlmirdi. Düşünürdüm ki, atası onun tərbiyəsi ilə məşğul olacaq. Son dövrlərdə də Murad həmişə hara gedirdisə, Nurlanı da öz yanında aparırdı. Mən də oğluma görə çox arxayın idim. Yalnız qızımın tərbiyəsi ilə məşğul olacağımı fikirləşirdim.
- İndi isə...
- İndi isə, nə qədər çətin olduğunu görürəm. Çünki iki yol arasında qalmışam. Ümumiyyətlə, oğlan və qız böyütmək fərqlidir. Hər ikisinin başqa dili var. Oğlanı gələcəyin bir kişisi, peşəkarı, ailə başçısı kimi böyüdürsən. Hazırda Nurlanı bunlara görə başa salıram. Övladlarımı böyüdəndə, tərbiyə verəndə yoldaşıma çox ehtiyacım var. Həddindən çox ehtiyacım var. Nurlan təmkinlidir. Hər zaman ataları barədə danışır, fikirlərini bölüşürlər. Övladlarım ataları haqqında heç vaxt keçmiş zamanda danışmırlar. Onların danışığından belə çıxır ki, Murad elə bir evdədir. Yəni Muradın evdə hökmünün qaldığı hiss olunur.
- Şəhid övladı olmaqla fəxr edirlərmi?
- Hər zaman. Onlar ataları ilə bağlı nəsə danışanda fəxrlə, qürurla öz fikilərini bölüşürlər. Saytlarda, internətdə və başqa yerdə şəklini görəndə başqa cür olurlar. İçlərində çəkdikləri atasızlıq üç nəfər arasında bölünən bir şeydir. Mən və iki övladım. Biz onun haqqında çox danışırıq. Qızım atasınaa həddindən çox bağlı olub. Bəzən ağlayıb atasını tələb edir. Onun üçün darıxdığını deyir. Nurlan isə çox təmkinlidir. Mən qızımla danışmamış, öncə Nurlan yavaş-yavaş bacısına yaxışlaşıb ona hər şeyi başa salır. Bacısının başını nələrləsə qatıb fikrini yayındırmağa çalışır. Fəxr və qürur başqa hissdir. Onun yoxluğunu biz başqa cür yaşayırıq. Darıxmaq tam başqa hissdir.
- Nurlan gələcəkdə atasının yolunu davam etdirmək istəyirmi?
- Murad heç vaxt Nurlana sən hərbçi olacaqsan deyə təzyiq etməyib. Çünki o, təzyiqi sevən bir insan deyildi. Nurlan atası rəhmətə gedəndə birinci sinifdə oxuyurdu. İndi isə dördüncü sinif şagirdidir. Onun hərbiyə meylli olduğunu görürürəm. Hiss edirəm ki, hərbini istəyir. Hansı peşədə olursa-olsun mən inanıram ki, atası kimi səbrli, təmkinli olacaq. Hansı peşənin sahibi olursa-olsun uğur əldə edəcəyini bilirəm. Çünki o, Murad Mirzəyevin övladıdır. Məndə dəstək olub hər zaman arxasında duracağam.
- Murad Mirzəyev haqqında film çəkilməsi nəzərdə tutulurmu?
- Bir çox sənədli filmlər çəkilib. Bu yaxınlarda da Murad barədə yazıçı Oğuz Yunusun “Ovçu” adlı romanı çıxıb. Olmuş faktlar əsasında çox gözəl roman alınıb. Hazırda yazıçı o kitab üzrə kino çəkilməsinə çalışır. Hələ ki, bir nəticə yoxdur. Amma yəqin ki gələcəkdə olacaq.
Sevinc YASİNQIZI